Naxçıvanda azyaşlını maşın vurub

Naxçıvan şəhərində azyaşlını maşın vurub.

APA xəbər verir ki, hadisə şəhərin “Dörd yol” adlanan ərazisində qeydə alınıb. Avtomobil yolu keçən Babək rayon sakini, 2015-ci il təvəllüdlü Ələkbər İqbal oğlu Allahverdiyevi vurub. O, Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0.053992033004761