Parkinsondan əziyyət çəkən şəxs: “Türkiyəli həkimlər məni ayağa qaldıracaqlarına söz verirlər” - FOTO/VİDEO
Parkinson xəstəliyindən əziyyət çəkən Masallı rayon sakini 36 yaşlı Aqil Bədəlov mətbuat vasitəsilə xeyirxah insanlara müraciət edib.
Media.Az-da dərc olunan müraciətdə qeyd olunur ki, Aqil Bədəlov altı ildir ki, onun aktiv fəaliyyətinə təsir edən beyin patologiyasından əziyyət çəkir. Xəstəlik hər il irəliləyir və təyin olunan dərman müalicəsi effektiv deyil.
Hazırda Aqil praktiki olaraq bədəninin sol tərəfini hiss etmir, yataqdan qalxmaqda və hərəkət etməkdə çətinlik çəkir. İşsiz qalan vətəndaşımız artıq ailəsini, o cümlədən səkkiz və altı yaşlı övladlarını maddi cəhətdən təmin edə bilmir.
Buna baxmayaraq, Aqil ruhdan düşmür, analizlərinin nəticələri ilə tanış olan Türkiyənin Göztepe Tibb Xəstəxanasının həkimləri ona ümid veriblər.
Həkimlər söz veriblər ki, beyin əməliyyatından sonra Aqil ayağa qalxacaq və işini davam etdirə biləcək.
Təbii ki, söhbət 100 faiz bərpadan getmir, lakin bu əməliyyat Aqilin vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa kömək edəcək.
Hazırda hər şey maddi vəsaitə bağlıdır, ailənin iqtisadi vəziyyəti isə yaxşı deyil. Türkiyədəki əməliyyat və əməliyyatdan sonrakı bərpa prosesinə 25 min dollar vəsait lazımdır.
Aqil müraciətində xəstəliyinin necə inkişaf etdiyindən danışıb. Hər şey ondan başlayıb ki, o daimi yorğunluq hiss edib, gündəlik işləri görmək onun üçün çətinləşib, yataqdan qalxmaq, yemək yeyərkən qaşığı tutmaq, evdə adi bir işi görmək də ona çətinliklə törədib. Əvvəlcə A.Bədəlov bunu hər bir müasir insanın həyatını müşayiət edən adi nevrozlarla əlaqələndirib. Ancaq hər keçən həftə bu əlamətlər getdikcə daha aydın müşahidə olunub. Onun əlləri titrəməyə başlayıb, yerişi dəyişib.
Pul qazanmaq üçün üz tutduğu Rusiyada olan həkimlərə üz tutub. Nəticədə həkimlər ona məyusedici diaqnoz qoyublar.
“Mən dərhal müalicəyə başladım. Hələ də dərman qəbul edirəm, amma düzünü desəm, səhhətimdə irəliləyiş hiss etmirəm. Əksinə, illər keçdikcə fiziki imkanlarım daha da məhdudlaşır. Mən anamın himayəsində olmağa məcburam. Bütün ailə onun təqaüdü ilə yaşayır... Mənə heç vaxt sosial müavinət də verilməyib.
Amma yaxşılaşacağıma ümidimi itirmirəm. Türk həkimlərin mənə verdiyi şansdan yararlanmağı arzu edirəm. Ona görə də mən Azərbaycandakı qardaş-bacılarıma müraciət edirəm ki, mənə kömək etsinlər. Siz mənim son ümid yerimsiniz”.
Biz də öz növbəmizdə sizdən Aqilin müraciətinə diqqət yetirməyi və bacardığınız qədər ona kömək etməyə çağırırıq.
A.Bədəlovla (055) 691-11-46 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.