Şəmkirdə qəza: Xəsarət alanlar var

Şəmkir rayonunun Düyərli kəndində yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, 2002-ci il təvəllüdlü E.Rzayeva, 1986-cı il təvəllüdlü M.Adıgözəlova və 1989-cu il təvəllüdlü T.Nəbiyev xəsarət alıblar.

Hər üç şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

0.043654918670654