Sürücü pulsuz parklamada cərimələndiyini iddia edir - ŞİKAYƏT + FOTO

Bakıda sürücü pulsuz parklamada cərimələndiyini iddia edir.

Bu barədə Bakunews.media-ın redaksiyasına şikayət daxil olub.

Şikayətçi Bəşir Hüseynov “AzParking MMC-dən narazı olduğunu bildirib:

“Bu səhər mən avtomobilimi park etdim. Mobil proqramdan istifadə edərək, qanunla nəzərdə tutulmuş 15 dəqiqəlik pulsuz parklamanı seçdim. Düz 15 dəqiqə maşın orada qaldı. Amma bu, yuxarıdakı strukturun əməkdaşlarının məni 10 manat cərimə etməsinə mane olmadı. Və bu, birinci hal deyil və bildiyimə görə, bir çoxları yuxarıdakı strukturun əməkdaşları tərəfindən öz işlərinə qarşı oxşar ədalətsiz münasibətlə üzləşirlər. Ehtiyatlı olun!”

Nəzrin Vahid

0.052613973617554