İmişlidə 29 yaşlı kişi göldə boğulub.
APA-nın məlumatına görə, İmişli şəhər sakini, 1995-ci il təvəllüdlü Elşad Şükür oğlu Aslanov Ağ göl adlanan ərazidə qayığın aşması nəticəsində göldə boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.