Cəlilabadda dörd aylıq körpə QIZILCADAN VƏFAT ETDİ
Cəlilabad rayonunda körpə oğlan uşağı vəfat edib.
“Report”un məlumatına görə, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda vəfat edib.
İlkin məlumata görə, körpə qızılcadan dünyasını dəyişib.
Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.