Qaradağda təhlükə saçan binanın sakinləri: “22 canlı bomba var” - VİDEO
Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsinə 20 ildir ki, qaz verilmir.
Xezerxeber.az-ın məlumatına görə, bu küçədə yerləşən binalardan birində demək olar ki, hər kəsin evində qaz balonu var.
Sakinlərin sözlərinə görə, buna səbəb sözügedən binaya 20 ildir təbii qazın verilməməsidir:
“Bu binada 22 canlı bomba var, qorxuruq”.
Sakinlərin tək istəkləri binaya təbii qazın verilməsidir.
Mövzu ilə bağlı “Azəriqaz” və Qaradağ Rayon İcra Hakimiyyəti açıqlama verib. Hər iki qurumdan bildirilib ki, məsələ araşdırılacaq.
Qeyd edək ki, binanın sakinləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarətdir. Mənzillər onlara 2004-cü ildən etibarən təqdim edilib.
Ətraflı süjetdə: