Ramana sakinləri: “Yollar bərbaddır, taksi çağırırıq, məhləyə girmək istəmir” - VİDEO
Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsinin sakinləri yolların keçilməz olmasından şikayətçidirlər.
Onların sözlərinə görə, övladlarını məktəbə aparan zaman iki ayaqqabı dəyişirlər:
“Avtomobillər çətinliklə hərəkət edir, taksi çağırırıq, məhləyə girmək istəmir”.
Məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da problem qalmaqdadır.
Daha ətraflı “ATV Xəbər”in süjetində: