Bakıda özünü 11-ci mərtəbədən atan kişinin son durumu AÇIQLANDI - YENİLƏNİB
Özünü binanın 11-ci mərtəbəsindən atan 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir.
09:40
Bakıda 31 yaşlı kişi özünü 11-ci mərtəbədən atıb.
“Unikal” xəbər verir ki, hadisə Xətai rayon ərazisində yerləşən 19 mərtəbəli binada qeydə alınıb.
1993-cü il təvəllüdlü Nurlan Cəfərzadə özünü 11-ci mərtəbədən ataraq intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır.