Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb, qəza olub - VİDEO

Şaxtalı hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında problemlər yaşanmaqdadır. Belə ki, duman və yolun buz bağlaması səbəbindən avtomobillər yolda qalıblar.

Bakunews.media-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdə qeyd olunur ki, Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb. Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar. 

İsmayıllı-Muğanlı yolunda bir neçə avtomobilin iştirakı ilə qəza baş verib. 

Həmin görüntüləri təqdim edirik:

Əzizə İsmayılova

0.057047843933105