Ramanada peyda olan “göl”ə sahib çıxan yoxdur - VİDEO
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin daxili yollarını su basması ilə bağlı məsuliyyəti üzərinə götürən tapılmır.
Məsələ ilə bağlı Bakunews.media-ın sorğusunu cavablandıran Sabunçu Rayon İcra Hakimiyyətinin rəsmisi Müslim Mahmudov şikayəti digər quruma yönləndirməyi məsləhət bilib:
“Bu məsələ ilə əlaqədar aidiyyəti üzrə “Azərsu” ASC-yə müraciət edin”.
“Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı isə Bakunews.media-ın sorğusuna cavab olaraq, təmsil etdiyi qurumun Ramanada infrastrukturunun olmadığını diqqətə çatdırıb:
“Orada bizim kanalizasiya infrastrukturumuz yoxdur. Xətlər olsaydı, işləməsəydi, cavabdehliyi biz daşıyardıq”.
Əzizə İsmayılova