Qurumların yarımcıq işləri Bakı yollarını “tikə-tikə” edib - FOTO
Paytaxtın Nizami rayonundakı küçələrin birində asfalt örtüyü bərbad vəziyyətdədir.
Bakunews.media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Paylaşılan şəkildən aydın olur ki, rayonun Tofiq Abbasov küçəsində yolda qazıntı işlərindən sonra asfalt örtüyünün bərpası heç kimin yadına düşmür. Bir həftədən çoxdur ki, yol bərbad haldadır.
“Azərsu” ASC-dən Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən yoldan keçən xətdə qəza olub:
“Qəzanın fəsadlarını aradan qaldırmaq üçün həmin ərazidə kiçik bir hissə qazılıb. Problem aradan qaldırılıb, üstü örtülüb. Ərazi üzrə yol idarəsi tərəfindən asfalt örtüyü çəkiləcək”.
Könül Cəfərli