Jurnalistlər binasının qarşısında yük maşını piyadanı vurub

Bakının Səbail rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Bayıl qəsəbəsində, “jurnalistlər binası”nın qarşısından keçən yolda qeydə alınıb.

Yük maşını yolu keçən piyadanı vurub.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

0.056092977523804