Sosial şəbəkələrdə qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilməyib? - AÇIQLAMA + VİDEO

Sosial şəbəkələrdə qeyri-etik videoları ilə gündəmə gələn Afiyəddin Cəlilovun profilindən paylaşımlar edilib. 

Bakunews.media xəbər verir ki, bu, cəmiyyətdə çaşqınlıqlar yaradıb. Bəziləri həmin yeniyetmənin psixiatriya xəstəxanasına yerləşdirilmədiyini iddia ediblər. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bakunews.media-ın sorğusuna cavab verib:

“Görüntüləri yayılan Afiyəddin Cəlilovun sağlamlığında olan psixoloji problemləri ilə bağlı müvafiq psixiatriya xəstəxanasında məcburi müalicədədir.

Yeniyetmə ilə bağlı görüntülərin təkrar paylaşılaraq tirajlanması çaşqınlıq yaradır. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, onunla bağlı qanunla müəyyən olunan bütün tədbirlər icra olunur”.

Qeyd edək ki, həmin yeniyetmə Azərbaycanın dövlət və siyasi xadimi Afiyəddin Cəlilovun nəvəsidir.

 

0.15000987052917