Oxu.Az işıqlandırdı: Səbail sakinlərinin problemi həll edildi - FOTO
“Səbail rayonu, Həsən Seyidbəyli küçəsi, 31 ünvanında beşmərtəbəli binanın qapalı həyətyanı sahəsi tullantılardan təmizlənib”.
Bu barədə Bakunews.media-a Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
“Bizə bu barədə müraciət daxil oldu. Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən həyət tikinti materialları və digər tullantılardan təmizlənib. Ağacların dibi bellənib. Aqrotexniki qulluq göstərilib”.
Xatırladaq ki, paytaxtın Səbail rayonunun sakinləri binanın həyətyanı sahəsindən istifadə edə bilmədikləri ilə bağlı redaksiyamıza . Sakinlər binanın yaşıllıq sahəsinə tikinti tullantılarının atılaraq ağacların qurudulduğunu qeyd etmişdilər.
Nəzrin Vahid