Azərbaycan basketbol millisinin baş məşqçisi: “İsveçrəyə qələbə qazanmaq üçün gedəcəyik”

“İsveçrəyə uduzmaq üçün yollanmayacağıq. Qələbə qazanmaq üçün gedəcəyik”.

Bunu “Report”a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Tahir Baxşıyev 2027-ci ildə təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində İsveçrəyə qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

Mütəxəssis fevralın 12-də Türkiyəyə təlim-məşq toplanışına yollanacaqlarını bildirib:

“Türkiyədə yoxlama oyunlarında qarşılaşacağımız rəqiblər hələlik bəlli deyil. Danışıqlar davam edir. İsveçrəyə də məhz Türkiyədən gedəcəyik. Yer aldığımız qrupda Kosovo və İrlandiya ilə də qarşılaşacağıq. Birinci matçdan üç gün sonra Bakıda Kosovonu qəbul edəcəyik. Biz yığma olaraq çoxdandır oyun keçirmirdik. Bu səbəbdən bir az çətin olacaq”.

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

0.11514210700989