Etibar Abbasov: “Avtomobilin utilizasiyaya verilməsi üçün yalnız bir sənəd təqdim etmək lazımdır”
Avtomobili utilizasiyaya vermək üçün yalnız bir xüsusi sənəd təqdim etməlisiniz.
Media.Az xəbər verir ki, bunu “Təmiz şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.
Onun sözlərinə görə, Azərbaycanda yol-nəqliyyat hadisələri nəticəsində tamamilə yararsız hala düşən minlərlə avtomobil cərimə meydançalarındadır.
Başqasının avtomobilini etibarnamə vasitəsi ilə utilizasiyaya təhvil verərək pul almağa cəhd edən fırıldaqçıların maxinasiyalarının qarşısını almaq üçün belə avtomobillərin qeydiyyatı ləğv ediləcək.