Nazir COP üzrə tapşırıqlar qrupunun rəhbəri ilə görüşüb - YENİLƏNİB + FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Beynəlxalq Maliyyə Korporasiyasının iqlim biznesi üzrə qlobal direktoru Cemi Fergüssonla görüşündə COP29, “yaşıl” keçidin və enerji təhlükəsizliyinin, dövlət-özəl tərəfdaşlığı layihələrinin dəstəklənməsi məsələləri nəzərdən keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) iqlim biznesi üzrə qlobal direktoru, COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüssonla görüşüb.

BMK ilə müxtəlif istiqamətlər üzrə əlaqələrin önəmini vurğulayan iqtisadiyyat naziri qurum tərəfindən ölkəmizdə kiçik və orta biznesin inkişafı, dövlət-özəl sektor tərəfdaşlığı və digər sahələr üzrə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirilib ki, Korporasiya ilə enerji səmərəliliyinin artırılması, “yaşıl” enerji zonalarının yaradılması, tullantıların emalı kimi istiqamətlərdə layihələrin icrası Azərbaycanın strateji inkişaf hədəfləri ilə yanaşı, regional inkişafa töhfə verə bilər.

Cemi Fergüsson IFC adından Azərbaycanı COP29-a ev sahibliyi münasibətlə təbrik edib, təmsil etdiyi qurumun daim dəstək verməyə hazır olduğunu vurğulayıb, ölkəmizdə milli inkişaf hədəflərinə nail olmaq məqsədilə həyata keçirilən sosial-iqtisadi islahatları müsbət dəyərləndirib.   

Tərəflər bu il Azərbaycanda keçiriləcək COP-29, “yaşıl” keçid, enerji təhlükəsizliyi, dövlət-özəl tərəfdaşlığı üzrə əməkdaşlığın inkişafı məsələlərini nəzərdən keçiriblər.

14:15

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP üzrə tapşırıqlar qrupunun rəhbəri Cemi Fergüsson ilə görüşüb.

O, bu barədə öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, Cemi Fergüsson ilə qurumla ölkəmiz arasında əməkdaşlığın gündəmində olan məsələləri müzakirə edilib.

 

0.046990871429443