Qazaxda qəza olub, xəsarət alanlar var

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qazax şəhərinin mərkəzində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” ilə “Hyundai” markalı minik maşınları toqquşub. Qəza zamanı xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

0.065441846847534