Fuad Əliyev 104 yaşlı seçici ilə görüşüb

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar prezidentliyə namizədi Fuad Əliyev seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Şamaxı rayonunda seçicilərlə növbəti görüşündən sonra rayonun ən yaşlı seçicisi, Əngəxaran kəndində yaşayan 104 yaşlı Mərifət İslamova ila gòrùşüb.

F.Əliyev Mərifət nənənin yaşam tərzi, qayğıları ilə maraqlanıb. Nənə hər şeyin qaydasında olduğunu deyib. Onu da vurğulayıb ki, 2018-ci il prezident seçkilərində səsverməyə özü gedib. Bu dəfə isə evinə seçki qutusu gətirəcəklər.

F.Əliyev Mərifət nənəyə cansağlığı arzulayıb. Deyib ki, gələn il 105 illiyini gəlib onunla bir yerdə qeyd edəcək.

0.31200695037842