Tovuzda qızdırıcının partlaması nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb
Bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alan Tovuz sakini müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü A.Abbasova göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, mərhum yaşadığı evdə suqızdırıcısının partlaması nəticəsində ağır dərəcəli yanıq xəsarətləri almışdı.
Faktla bağlı araşdırma aparılır.