“Neftçi” bu gün Mehdi Hüseynzadə adına stadionda “Sumqayıt”ın qonağı olacaq
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək.
Bakunews.media xəbər verir ki, ilk olaraq “Sumqayıt” “Neftçi”ni qəbul edəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da başlanacaq. Bu, arenada yenidənqurmadan sonra ilk matç olacaq. “Ağ-qaralar” 32 xalla ikinci, “gənclik şəhəri təmsilçisi” 31 xalla üçüncü sıradadır.
Günün ikinci oyununda “Zirə” “Qəbələ”nin qonağı olacaq. Görüş saat 17:30-da start götürəcək. “Qırmızı-qaralar” 14 xalla sonuncu-10-cu, paytaxt klubu 30 xalla 4-cüdür.
Azərbaycan Premyer Liqası
XXI tur
15:00. “Sumqayıt” - “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
17:30. “Qəbələ” - “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Şirmamed Mamedov, Asiman Əzizli, Nicat İsmayıllı.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, tura fevralın 5-də “Kəpəz” - “Araz-Naxçıvan” qarşılaşması ilə yekun vurulacaq. Ötən gün “Qarabağ” “Səbail”i məğlub edib - 2:1. “Sabah” - “Turan Tovuz” matçında qalib müəyyənləşməyib - 1:1.