Bakıda milli komandalar arasında keçiriləcək futbol turnirinin təqvimi dəqiqləşib
Bakıda milli komandalar arasında keçiriləcək futbol üzrə beynəlxalq turnirin təqvimi dəqiqləşib.
Bakunews.media xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək.
Matçlar martın 22-də və 25-də gerçəkləşəcək. Azərbaycan yığması ilk oyununu Bolqarıstana, ikinci görüşünü isə Monqolustana qarşı keçirəcək.
Yoldaşlıq görüşü xarakteri daşıdığından, heç bir komanda qalib elan olunmayacaq və mükafat almayacaq. Qarşılaşmaların hansı stadionda keçiriləcəyi və başlama saatı hələlik bəlli deyil.
22 mart
Azərbaycan - Bolqarıstan
Tanzaniya - Monqolustan
25 mart
Azərbaycan - Monqolustan
Tanzaniya - Bolqarıstan