Azərbaycanlı hakim “A” kateqoriyası aldı
Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.
Bu barədə Şahmat Federasiyası məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.
Qeyd edək ki, bununla ölkəmizdə “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb.
Bu günə qədər Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov “A” kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.