Ermənistan klubu Rusiya komandaları ilə oynamaqdan imtina etdi

Erməni əsilli rusiyalı iş adamı Artur Soqomonyana məxsus olan Ermənistanın “Pünik” futbol klubu fevralın 7-də “Krılya Sovetov” və fevralın 11-də “Ximki” komandaları ilə yoldaşlıq görüşlərini ləğv edib.  

Bu barədə jurnalist İvan Karpov öz “Telegram” kanalında məlumat verib. 

Jurnalistin sözlərinə görə, Ermənistan komandası öz ukraynalı futbolçularının qərarına görə Rusiya klubları ilə oynamaqdan imtina edib. 

Bildirilir ki, “Pünik” hələ yanvarın 22-də Rusiya “Orenburq”u ilə oynamalı idi. Lakin bunun əvəzinə Ukrayna “Şaxtyor”u ilə görüşüb. İndi baş tutmayan oyuna görə “Orenburq”a 10 min avro təzminatın ödəniləcəyi gözlənilir. 

0.067979097366333