Paytaxtda zəncirvari qəza olub - FOTO

Bakının Səbail rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, qəza Badamdar şosesində qeydə alınıb.

“Opel” markalı minik avtomobili hərəkətsiz vəziyyətdə yolun kənarında dayanmış “Mercedes-Benz”ə, sonuncu isə digər nəqliyyat vasitəsinə çırpılıb.

Hadisədə avtomobillərə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Qəzanın başvermə səbəbləri araşdırılır.

0.055421113967896