Abşeron rayonu Masazır qəsəbəsində 40 yaşlı kişi dəm qazından boğulub.
APA xəbər verir ki, hadisə Xurşidbanu Natəvan küçəsi 6 ünvanında, fərdi yaşayış evində baş verib.
40 yaşlı kişi hamam otağında dəm qazından boğularaq ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.