A kateqoriyası alan azərbaycanlı hakim: “Təmsilçiliyimiz nümunəvi olmalıdır”
“Hakim qismində təmsilçiliyimiz nümunəvi olmalıdır”.
Bunu “Report”a açıqlamasında Beynəlxalq Şahmat Federasiyası tərəfindən deyib.
Azərbaycan Şahmat Federasiyasının hakimi bunun böyük etimad olduğunu bildirib:
“Uzun illər bu məqsədə doğru addımlamışam. A kateqoriyalı hakim olaraq daha nüfuzlu yarışlarda işləmək imkanı qazanıram. Mənə göstərilən yüksək etimadı doğrultmaq üçün səylə çalışacağam. Vaxtilə şahmatçı kimi Azərbaycan millisində çıxış etmişəm. İndi isə hakim kimi ölkəmi təmsil edəcəyəm”.
O, beynəlxalq dərəcəli hakimlərin sayının çox olmasını arzulayır:
“Azərbaycan şahmatçıları daim ölkəmizi beynəlxalq arenada layiqincə təmsil ediblər. Çox istərdim ki, gələcəkdə şahmatda beynəlxalq dərəcəli hakimlərimiz çox olsun”.
Qeyd edək ki, İlahə Qədimovaya qədər yalnız Azərbaycan Şahmat Federasiyasının 1-ci vitse-prezidenti Faiq Həsənov A kateqoriyasına sahib olub.