Bakıda avtomobil 22 yaşlı gənci vuraraq ağır xəsarət yetirib

Bakının Binəqədi rayonunda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, metronun “Azadlıq” stansiyasının yanında avtomobil yolu keçən 2002-ci il təvəllüdlü Murad Qurban oğlu Səmədovu vurub.

Yaralı təcili tibbi yardım maşınının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Fakt araşdırılır.

0.06390905380249