Bakıda telefonla yüksək səslə danışan tələbə HƏBS EDİLDİ

Bakıda Azərbaycan Neft və Sənaye Universitetinin tələbəsi həbs edilib.

“Qafqazinfo” xəbər verir ki, Kürdəmir sakini, 2004-cü il təvəllüdlü Asəf Yusifov (şərti) Xətai rayonu ərazisində polis tərəfindən saxlanılıb.

İttihama əsasən, o, metronun “Əhmədli” stansiyasının yaxınlığında, Məhəmməd Hadi küçəsində telefonla yüksək səslə söyüşlə danışarkən saxlanılıb. Bu zaman 2-ci kurs tələbəsi müqavimət göstərib.

Barəsində Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilən tələbə məhkəməyə göndərilib. Xətai Rayon Məhkəməsinin qərarı ilə ona 20 sutka inzibati həbs cəzası verilib.

2.5581707954407