Bakıda keçiriləcək fintex sammitin və bankçılıq forumunun vaxtı açıqlanıb

Mayın 15-16-da Bakıda “Visa” beynəlxalq kart təşkilatı ilə əməkdaşlıq çərçivəsində “Fintex Sammit - 2024” (Maliyyə və Texnologiyalar Sərgisi) tədbiri keçiriləcək.

Bu barədə Azərbaycan Banklar Assosiasiyası məlumat yayıb.

Sammit “Bank və maliyyə ekosistemində yeni trendlər: İnnovativ həllər, fintexlər və təhlükəsizlik” mövzusunda olacaq.

Qeyd edək ki, kifayət qədər tarixə malik olan sammit bütün maraqlı tərəflərin bir araya gələrək, yeni fikirlər, təcrübələr bölüşdüyü, öz məhsullararını təqdim etdiyi, işgüzar əlaqələr qurduğu və maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş ekosisteminin dərin mövzularının birlikdə müzakirə olunduğu mükəmməl bir platforma olaraq özünü sübut edib.

Fintex sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir.

Bu il, həmçinin dekabrın 3-4-də Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

0.37933897972107