Fransa qılıncoynadanı yarışlardan kənarlaşdırıldı - SƏBƏB

Fransalı qılıncoynadan İsaora Tibus beynəlxalq yarışlardan dopinqə görə müvəqqəti olaraq kənarlaşdırılıb.

Bu barədə Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) qərar verib.

Rapira növündə çıxış edən idmançı anormal dopinq testinin nəticəsinə görə turnirlərdən uzaqlaşdırılıb.

Fransa Qılıncoynatma Federasiyasından (FFE) bildirilib ki, yanvarın 14-də ondan götürülmüş testin nəticəsi müsbət olub.

FFE Tibusun qəsdən dopinqdən istifadə etmədiyini və bunun üçün məyus olduğunu açıqlayıb.

Qeyd edək ki, İsaora Tibus dünya və Avropa çempionatlarının mükafatçısı olmaqla yanaşı, dördqat ölkə çempionudur. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında da gümüş medal əldə edib.

7.1280739307404