ABŞ Konqresi TƏSDİQLƏDİ: “F-16”ların Türkiyəyə satışı baş tutacaq - FOTO

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib.

Bu barədə ABŞ-nin Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb.

“Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, - səfir Cefri Fleyk paylaşımda bildirib.

 

0.05211615562439