Neftçalada 18 yaşlı gənc dəm qazından boğularaq ölüb

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

“Report”un məlumatına görə, olay şəhərin M.Hadi küçəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Səbinə Ramin qızı İsmayılova hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

0.059169054031372