Filippo İndzaqi “Salernitana”nın baş məşqçisi vəzifəsindən azad edilib

İtaliyanın “Salernitana” futbol klubu baş məşqçi Filippo İndzaqini vəzifəsindən azad edib.

Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, İndzaqi 2023-cü ilin oktyabrında İtaliya klubuna başçılığı öz üzərinə götürüb.

“Salernitana” 24 turdan sonra İtaliya çempionatının turnir cədvəlində 13 xalla sonuncu, 20-ci yerdədir. Klub ardıcıl altı oyunda qalib gələ bilməyib.

Mənbə: TASS

0.3628089427948