Kaliforniya məhkəməsi Maska “Twitter”in alınması ilə bağlı ifadə verməyi tələb edir

ABŞ-nin Kaliforniya ştatının federal məhkəməsi İlon Maska Qiymətli Kağızlar və Birja Komissiyasının apardığı təhqiqat çərçivəsində “Twitter” sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı ifadə verməyi tələb edir.

Qeyd olunur ki, ifadənin dəqiq tarixi və yeri bir həftə ərzində müəyyən edilməlidir.

Xatırladaq ki, 27 oktyabr 2022-ci ildə Mask “Twitter”i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. 2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı məhkəməyə verib və onu ifadə verməyə məcbur edib.

Mənbə: Bloomberg

0.33787393569946