“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

“YAŞAT” Fondu Vətənin azadlığı uğrunda canını fəda edən şəhidimiz Abdulla Paşayevin ailəsinə dəstək göstərib.

Bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Bildirilib ki, 22 yaşlı şəhidimiz Abdulla Sultan oğlu Paşayev Gəncə şəhərində doğulub.

O, 2020-ci il sentyabrın 27-də Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Əsgərliyinin bitməsinə üç ay qalıbmış. Abdulla Paşayev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qeyd edilib ki, “YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar”  bölməsindən əldə etmək olar.

0.57625102996826