Azad edilmiş rayonlarda tikinti işlərinə yönəldilən vəsait iki milyard manatdan çox artıb - SİYAHI

2023-cü ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 5 milyard 984 milyon 157 min manat vəsait sərf edilib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu göstəricinin həcmi ötən illə müqayisədə 53,9% və ya 2 milyard 96 milyon 385 min manat çoxdur. Belə ki, 2022-ci ildə azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 3 milyard 887 milyon 771 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2022-ci illə müqayisədə Xocalıda 2 056 dəfə, Laçında 5,4 dəfə, Kəlbəcərdə 2,2 dəfə, Ağdamda 76,6%, Qubadlıda isə 63,5% artırılıb.

Əlavə edək ki, hesabat dövründə ən çox vəsait Laçın (1 milyard 502,3 milyon manat), Kəlbəcər (874,2 milyon manat) və Füzuli (657,6 milyon manat) rayonlarına ayrılıb.

0.15798687934875