Abşeronda itkin düşən məktəbli qızlar tapılıblar - YENİLƏNİB + FOTO

Abşeronda itkin düşən məktəbli qızlar tapılıb.

Bu barədə Bakunews.media-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

01:02

Abşeronda iki məktəbli qız itkin düşüb.

Bakunews.media xəbər verir ki, yeniyetmə qızlar dərsdən sonra evə qayıtmayıblar.

Bu barədə 14 yaşlı qızların valideynləri məlumat veriblər.

Onların sözləri görə, Masazır kənd 3 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdləri olan Saray Məmmədli və Aydan Muradzadə adlı qızlar saat təqribən 14:00 radələrində dərsdən çıxıb və bir daha geri qayıtmayıblar.

Qızların evə gəlmədiyini görən valideynlər dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat veriblər.

Valideynlər bildiriblər ki, qızlar tapılana qədər onlar özləri də axtarışlar həyata keçirəcəklər.

0.061661958694458