Enerji içkilərinin insan sağlamlığına təhlükəsi - Kardioloqdan xəbərdarlıq
Müntəzəm olaraq enerji içkilərindən istifadə insan orqanizmini məhv edir.
Bu barədə rusiyalı kardioloq və diyetoloq Asiyat Xaçırova danışıb.
“Əgər insan enerji içkisi istehlak edir və üstündən hələ qəhvə də içirsə, bu, ikiqat pisdir, çünki bu zaman kofeinin miqdarı həddindən çox olur və ürək-damar sisteminə zərərli təsir göstərir. Bundan əlavə, kofeinə fərdi həssaslığın da olması mümkündür”, - o xəbərdarlıq edib.
Həkim vurğulayıb ki, böyüklər üçün kofeinin gün ərzində icazə verilən istehlak dozası 400 milliqramdır. Həmçinin, enerji içkilərində şəkərin miqdarı da önəmlidir.
Onun sözlərinə görə, enerji içkilərinin tərkibində olan taurin və L-karnitin kimi maddələr də insan sağlamlığına mənfi təsir göstərə bilər.
Kardioloq izah edib ki, taurin və L-karnitin idmançılar tərəfindən dözümlülüyü artırmaq üçün istifadə edilən metabolik dərmanlardır. Bununla belə, enerji içkiləri çox vaxt daha az aktiv həyat tərzi keçirən insanlar tərəfindən istehlak edilir.
Mənbə: iz.ru