Şəmkirdə dönərdən zəhərləndiyi iddia olunan şəxslərin son durumu AÇIQLANDI - YENİLƏNİB

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı açıqlama verib.

AQTA-dan Bakunews.media-ın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Bakunews.media-a bildirilib ki, 12.02.2024-cü il tarixində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsilə dörd müraciət, 13.02.2024-cü il tarixində isə beş müraciət daxil olmaqla ümumilikdə doqquz nəfər gətirilib. Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək, ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.

10:12

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə olub.

“Report”un Qərb bürosunun məlumatına görə, zəhərlənən şəxslər Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Həmin şəxslər 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il İ.Məmmədova, 2020-ci il R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

Onlardan ikisinin vəziyyəti kafi qiymətləndirilir.

Zərərçəkənlər dönərxanada yedikləri dönərdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

0.08542799949646