Fuad Əliyev: Azərbaycan daha diqqətli və qətiyyətli davranmalıdır

“Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan ərazilərində haqq-ədalətin bərqərar olunmasına biganə qalıb. Ermənistandakı Monitorinq Missiyasının Azərbaycana qarşı növbəti qərəzli yanaşması bizi təəccübləndirmir. Əksinə, Avropa İttifaqının bu qərəzi bizdən doğru addımlar atmağımız üçün daha diqqətli və qətiyyətli davranmağı tələb edir”.

Versus.Az xəbər verir ki, bunu eks prezidentliyə namizəd, siyasi ekspert Fuad Əliyev Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasının Azərbaycana qarşı əks-təbliğat vasitəsi kimi çıxışı ilə bağlı açıqlamasında bildirib.

F.Əliyev qeyd edib ki, monitorinq missiyasının məqsədi regional sabitlik, Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək deyil, Azərbaycan əleyhinə qərəzdən ibarətdir.

Ekspert eyni zamanda Avropa İttifaqına daxil olan dost ölkələrin Azərbaycana qarşı qərəzli qətnamə və bəyanatlar qəbul edərkən səslərini belə çıxarmadığına təəssüflə yanaşıb:

“Bu gün Avropa İttifaqı heç bir nüfuza malik olmayan bir təşkilatdır. Avropa Birliyi daim Azərbaycana qarşı qərəzli, ədalətsiz mövqe, ikilistandartlı siyasət yürüdüb. Fransa, ABŞ, ara-sıra Almaniya hər zaman region maraqlarını təmin etmək üçün Azərbaycana qarşı qərəzli davranıb. Avropa İttifaqı Azərbaycanla bağlı haqlı olduğumuz məsələlərlə bağlı bizə qarşı çıxıb. Fransa kimi ölkələr ötən il AŞPA-da bəyanat yayaraq guya erməniləri Qarabağdan zorla qovduğumuzu, Laçın yolunu bağlamaqda bizi günahlandırmağa çalışdılar. Amma hər kəsə bəllidir ki, ölkə başçımız yüksək tribunadan Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin qalıb burada yaşaya biləcəyini, digər xalqlar kimi onların da bütün hüquqlarının tanınacağını bildirmişdi. O da dünya ictimaiyyətinə yaxşı bəllidir ki, ermənilər könüllü olaraq Azərbaycanda qalmaq istəməyib özləri ərazilərimizi tərk etdilər. Ermənilər ərazilərimizi ona görə tərk etdilər ki, onlar Qarabağ münaqişəsi başlayandan sonra Livandan, Suriyadan ərazilərimizə gətirilib yerləşdiriliblər. Onlara söz verilib ki, burada qalıb yaşayacaqlar. Lakin Avropa İttifaqı bu yalandan istifadə edərək Azərbaycana qarşı qrəz nümayş etdirib”.

F.Əliyev bu gün Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin bəyanat yayaraq üzvlükdən çıxmasını bu qurumun sərgilədiyi qərəzə tutarlı cavabı hesab edib. O eyni zamanda bidirib ki, vaxtilə Avropa Şurasına qəbul olunmağımızı bayram kimi qəbul edən Azərbaycan ictimaiyyəti bu təşkilatın qərəzi ilə üz-üzə qalaraq Qərbin, Avropanın ikili mövqeyinə qarşı çıxır.

0.26835989952087