Biləsuvarda məktəbdə yanğın olub, şagird və işçilər təxliyə ediliblər

Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

Bu barədə “Report”un yerli bürosuna məktəbdən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:45-də məktəb binasının ikinci mərtəbəsində elektrik paylayıcısında qısaqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət təxliyə ediliblər.

Yanğın söndürülüb, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.

0.056798934936523