“Böyük Dəbilqə”: Azərbaycanın dörd cüdoçusu bürünc medal görüşünə çıxacaq

Azərbaycanın 4 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində medal şansını davam etdirir.

Bakunews.media-ın məlumatına görə, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov, Rəşad Yelkiyev (hər ikisi 66 kq) və Aydan Vəliyeva (52 kq) bu gün bürünc mükafat uğrunda görüşə çıxacaqlar:

Balabəy Ağayev (60 kq) - Kamoliddin Baxtiyarov (Özbəkistan);

Yaşar Nəcəfov (66 kq) - Villian Lima (Braziliya);

Rəşad Yelkiyev (66 kq) - Rüfət Aleskerov (AIN);

Aydan Vəliyeva (52 kq) - Ariane Toro Soler (İspaniya).

Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz nəticə göstərib.

0.093686819076538