İsmayıllı sakinləri odlu silahları polisə təhvil veriblər
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər keçirib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində rayon sakinləri iki ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.