Samir Abbasov: “Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər”

“Zirə” ilə oyundan sonra çox narahatlıq var idi. Bərpa ola bilmədik. Buna səbəb futbolçuların sıx qrafiklə çalışmaları, yorğun olmaları idi. Söhbət fiziki bərpadan getmir. Futbolçular psixoloji və mental olaraq yükləniblər. Onlara təşəkkür edirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyundan sonra deyib.

O, qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib: “Bir xalın səbəbi də intizamlı oynamaqları idi. Rəqibə çox şans vermədik. Bu cür oyunlar bizim üçün normal qəbul olunacaq. Çünki “Sumqayıt” rəqiblər üçün açıq kitabdır. Bəlli start heyətimiz və onları dəyişəcək iki-üç oyunçumuz var. Oyunçularım uduzmamaq üçün hər şeyi etdilər. Udmaq üçün yetərli idi? Xeyr, yetərsiz idi. Amma futbolçularımı anlayıram. Bundan sonrakı oyunlara köklənməliyik. Ən azından yerimizi qoruyub-saxlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq”.

0.056960105895996