Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama

“Zəngəzur dəhlizi ilə bağlı iki alternativ var”.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu yerli mətbuata müsahibəsində bildirib.

“Ermənistandan keçən bu marşrutun uzunluğu 43 kilometrdir. Rəsmi İrəvan tərəfindən problem yaranarsa, İran marşrutu ortaya çıxa bilər. Rəsmi Bakının bununla bağlı Tehranla təmasları var” - nazir vurğulayıb.

Türkiyəli nazir vurğulayıb ki, Azərbaycan tikinti işlərini davam etdirir:

“Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yolun bərpası, yaxud yenidən qurulması danışıqlar mövzusudur”.

Mənbə: Hurriyet.com.tr

0.05729603767395