Başqırdıstanda qatar təcili yardım maşınına çırpılıb: Ölən və xəsarət alanlar var - FOTO/VİDEO

Rusiyanın Başqırdıstan əyalətinin Sterlitaman şəhərində qatar işıqforda qırmızı işıq yanarkən yolu keçməyə çalışan təcili yardım avtomobilinə çırpılıb.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.

Qeyd olunur ki, təcili yardım avtomobili 67 yaşlı xəstəni xəstəxanaya apararkən yoldan çıxıb. Maşinist təcili əyləci bassa da, məsafə çox qısa olub. Qatarla toqquşma nəticəsində xəstə qadın ölüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daha üç nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Hadisənin təfərrüatı araşdırılır.

Mənbə: mk.ru

0.051859855651855