Təyyarədə ekipaj rəhbərini döyən şəxs həbs edildi

Rusiyanın Novosibirsk vilayətində təyyarədə ekipaj rəhbərini döyən şəxsin məhkəməsi olub.

Bu barədə Regnum.ru Qərbi Sibir Nəqliyyat Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Bildirilib ki, sərxoş sərnişin Novosibirsk-Moskva reysində üçüş zamanı dava salaraq ekipaj üzvləri oturan kabinetə daxil olub və ekipaj rəhbərini döyüb.

Daha sonra həmin şəxs onu saxlayan polisləri ictimai şəkildə təhqir edib.

Məkhəmə qərarı ilə ona üç il altı ay müddətinə həbs cəzası verilib.

0.30332493782043