Arvadını öldürən kişiyə hökm oxundu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Salyanda arvadını öldürməkdə təqsirləndirilən Qaraş İbrahimovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Pravda.az xəbər verir ki, hakim Esmira Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2023-cü ilin avqustun 16-da Salyan rayon sakini 1998-ci il təvəllüdlü Günel Quliyevanın öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış olunan cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İstintaqla 1993-cü il təvəllüdlü Qaraş İbrahimovun aralarında yaranmış mübahisə zamanı arvadı Günel Quliyevanı sonuncunun bacısının gözü qarşısında üzərində olan soyuq silah hesab edilən ov bıçağı ilə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qaraş İbrahimova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə və gəzdirmə) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.